“Milli Şura Rüstəm İbrahimbəyovun sədrlikdən istefa verməsi ilə birlikdə həm keyfiyyət, həm də forma baxımından yeni bir mərhələyə qədəm qoyur. Bu keyfiyyət Rüstəm müəllimə qədərki dövrdə olduğundan hansı tərəfə dəyişəcək, bunu zaman göstərəcək”.
Bu sözləri Lent.az-a açıqlamasında “El” Hərəkatının Ali Məclis sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev deyib. O bildirib ki, bununla belə, MŞ mütləq qalmalıdır və siyasi partiyaların təsirindən kənarda saxlanılmalıdır.
İbrahimbəyovun sədrlik getməsi ilə birlikdə qurumda istefaların olacağını qeyd edən E.Quliyev “El”in bu məsələ ilə bağlı mövqeyini idarə heyətinin növbəti toplantısında elan edəcəyini bildirib.