Türkiyənin ən gənc partiya sədri, ən gənc baş nazir: <span style="color:red;">Dəmirəlin BİOQRAFİYASI
17 iyun 2015 11:20 (UTC +04:00)

Türkiyənin ən gənc partiya sədri, ən gənc baş nazir: Dəmirəlin BİOQRAFİYASI

 

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl dünən gecə 91 yaşında vəfat edib.

 

Lent.az-ın məlumatına görə, S.Dəmirəl 1 noyabr 1924-cü ildə Türkiyənin İsparta şəhərinin İslamköy kəndində anadan olub. O, 1949-cu ildə İstanbul Texniki Universitetinin inşaat fakultəsindən məzun olub. S.Dəmirəl həmin il Elektrik İşləri İdarəsində işləməyə başlayıb. 1954-1955 illərdə ABŞ-da su anbarı, sulama sahələri üzrə kurslar keçib.

 

Süleyman Dəmirəl 1954-cü ildə Türkiyə Su Anbarları İdarəsinin sədri, 1955-ci ildə isə Dövlət Su İşləri üzrə İdarədə sədr vəzifəsində işləyib. 

Siyasi həyatına 1962-ci ildə Ədalət partiyasında İdarə heyətinin üzvü kimi başlayıb. 28 noyabr 1964-cü ildə Ədalət  partiyasının sədri seçilib. Dəmirəl bir il sonra ortaq hökümətdə baş nazirin müavini vəzifəsində çalışıb.

 

1965-ci oktyabr ayında seçkilərdə Ədalət Partiyası 53 faiz səs toplayaraq təkbaşına iqtidara gəlib. Dəmirəl həmin seçkilərdə İsparta şəhərindən millət vəkili kimi seçilib və Türkiyənin 12-ci baş naziri kimi höküməti qurub. 1969-cu ildə keçirilən seçkilərdə də Dəmirəlin rəhbərlik elədiyi Ədalət Partiyası təkbaşına iqtidar olub.

 

12 mart 1971-ci ildə baş nazir postundan istefa verib. Dəmirəl 1971-1980-cı illər arasında 1975, 1977 və 1979-cu illərdə 3 dəfə hökümət qurub.

 

1980-cı ildə hərbi çevrilişdən sonra tutduğu vəzifədən azad edilib. Bundan sonra o, 7 il  siyasətdən kənarda qalıb. 1987-ci ildə yenidən siyasətə qayıdıb. Həmin il Doğru Yol Partiyasına ( DYP) sədr seçilib. 

 

29 noyabr 1987-ci ildə keçirilən parlament seçkilərində İsparta şəhərindən millət vəkili kimi parlamentə girib. 20 oktyabr 1991-ci ildə keçirilən seçkilərdə DYP Sosial demokrat Xalq Partiyası ilə birlikdə Türkiyənin 49-cu hökümətini qurub. Dəmirəl həmin hökümətdə baş nazir postunda olub.

 

Dəmirəl Türkiyənin ən gənc partiya sədri, ən gənc baş naziri və İsmət İnönüdən sonra  ən uzun baş naziri olmuş şəxsdir. 6 dəfə İspartadan millət vəkili seçilib, 7 il siyasi həyatına qadağa qoyulsa belə, o, 7 dəfə hökumət qurub.

 

16 may 1993-cü ildə Türkiyə Böyük Millət Məclisi tərəfindın Türkiyənin 9-cu prezidenti seçilib. Dəmirəl 16 may 2000-ci ilə qədər Türkiyənin prezidenti olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 152
avatar

Səlcuq Elçin

Oxşar yazılar