ReAl partiyaya çevriləcəyi günü açıqladı
31 oktyabr 2013 16:05 (UTC +04:00)

ReAl partiyaya çevriləcəyi günü açıqladı

ReAl Hərəkatı gələn il Respublika Günü ərəfəsində struktur dəyişikliyi edərək, partiyaya çevriləcək.

 

Bu barədə Lent.az-a hərəkatın icra katibi Natiq Cəfərli məlumat verib. O bildirib ki, hazırda hərəkatın partiyaya çevrilməsi istiqamətində zəmin hazırlıqları davam etdirilir. Onun sözlərinə görə, hazırki siyasi partiyalardan tamamilə fərqlənəcək yeni struktur formalaşdırmağa çalışdıqları üçün bu hazırlıq mərhələsi gözlənildiyindən daha çox zaman alır: “Biz demək olar ki, hər gün bu məsələ ilə məşğul oluruq. Hazırda hərəkatın əsas işi yeni siyasi qurumun nizamnaməsi və strukturu ilə bağlı məsələlərin həll edilməsidir”.

 

N.Cəfərli deyib ki, hərəkatın sədri İlqar Məmmədovun həbsdə olması onların zaman itirməsinə əsas səbəblərdən biridir: “İlqar bəyin həbsdə olması bizim yeni strukturla bağlı müzakirələrdə zaman itirməyimizə səbəb olur. ReAl kollegial qərarların qəbul edilməsini çalışan qurum olduğu üçün yekun qərarların verilməsi, həmçinin, yeni nizamnamə ilə bağlı məsələlər ləngiyir. Ancaq düşünmürəm ki, İlqar bəyin həbsdə olması ReAl-ın partiya strukturuna keçməsinə hər hansı formada mane olacaq”.

 

ReAl rəsmisi bildirib ki, hazırda hərəkatın idarə heyəti üzvləri maksimum dərəcədə çalışırlar ki, partiyaya çevrilməklə bağlı məsələni tam surətlə yekunlaşdırsınlar: “Biz çalışırıq ki, bu işləri gələn ilin ortasına qədər yekunlaşdıraq. Hələ ki, şifahi formada razılaşdırdığımız ümumi qərarımız var ki, partiyamızı gələn il Cümhuriyyət günü ərəfəsində və ya elə həmin gün elan edək”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 831
avatar

Anar Gəraylı

Oxşar yazılar