Milli Şuranın bu gün keçirilən sessiyasında qurumun 9 nəfər üzvü MŞ üzvlüyündən çıxarılıb.
Bu barədə Lent.az-a açıqlama verən Milli Şura üzvü Samir Əsədli bildirib ki, qurumdan çıxarılan şəxslərdən 7 nəfəri öz müraciətləri əsasında MŞ üzvlüyündən kənarlaşdırılıb. Bunlar ALP lideri Lalə Şövkət, AXCP sədrinin sabiq müavini Asəf Quliyev, İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədov, həmin partiyanın sədr əvəzi Elçin Manafov, Açıq Cəmiyyət Partiyası Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva və onun müavini Solmaz Ələsgərovadır və AXCP üzvü İlham Hüseyndir.
Sabiq millət vəkili Gülnarə Qurbanova və ACP-nin sabiq sədri Akif Şahbazov isə Milli Şuranın fəaliyyətində iştirak etmədikləri, qurumun sessiyalarına qatılmadıqları üçün MŞ-dən kənarlaşdırılıb.
Sabiq eks-spiker Rəsul Quliyevin Milli Şura sıralarından çıxarılması ilə bağlı məsələyə isə növbəti sessiyada baxılacaq.