Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələri Ağdama səfər ediblər.
Lent.az xəbər verir ki, səfərdə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçi iştirak edib.
Səfərin əsas məqsədi başda Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla, Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanışlıq olub. Səfər çərçivəsində nümayəndələr Ağdam-Xankəndi yolunun istifadəyə açıq olması barədə yerində məlumatlandırılıblar.
Sözügedən məsələlərlə bağlı məlumatları Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev nümayəndələrə çatdırıb.