Xamenei hara yoxa çıxıb:   Tehran hakimiyyətin mümkün keçidinə  hazırlaşır?
26 iyun 2025 11:11 (UTC +04:00)

Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır?

İranın ali dini lideri ayətullah Əli Xamenei bir həftədən artıqdır ki, ictimaiyyət qarşısına çıxmır və ya yeni video görüntülərdə görünmür.

Lent.az-ın xəbərinə görə, “The New York Times” İran mənbələrinə istinadən iddia edir ki, dini lider sui-qəsd təhlükəsi səbəbindən “gizlənməyə davam edir”. 

O, bütün əmrləri yalnız etibarlı insanların dar bir dairəsindən verir. Qəzetin yazdığına görə, o, indiki vəzifələrinin əhəmiyyətli hissəsini artıq prezident Peşkeziana həvalə edib.

“Ali rəhbərin müdafiəsinə cavabdeh olan şəxslər...”

Jurnalistlərin ayətullahın hazırkı vəziyyəti ilə bağlı sualına Xameneinin ofisinin əməkdaşı belə cavab verib: “Ali rəhbərin müdafiəsinə cavabdeh olan şəxslər öz işlərini vicdanla yerinə yetirirlər”.

O, 85 yaşlı ruhani liderin səhhəti ilə bağlı birbaşa açıqlama verməyib.

Şiə ilahiyyatçıları hesab edirlər ki, Xameneinin iyulda gözlənilən dini bayramda iştirak etməməsi “pis əlamət” olacaq və hakimiyyət uğrunda açıq mübarizəyə səbəb ola bilər. Tehranın özündə artıq iki təsir mərkəzi formalaşmaqdadır: ABŞ və Qərblə danışıqlara hazır olan qondarma “diplomatlar” və sərt mövqedə israr edən “silovikilər”. İndiyə qədər “The New York Times”ə anonimlik şərti ilə danışan dörd yüksək vəzifəli məmur əmindir ki, diplomatlar qalib gəlir.

Dua çağırışı və bunker şayiələri

Xameneinin qorunması idarəsini təmsil edən Mehdi Paçalinin açıqlaması əlavə rezonansa səbəb olub. Dövlət televiziyasının efirində o, “Xameneinin sağlamlığı üçün dua etmək lazımdır” deyib. Rəsmi tibbi təfərrüatları açıqlamayıb, lakin onun sözləri ruhani liderin mümkün xəstəxanaya yerləşdirilməsi və ya ağır xəstəliyi ilə bağlı şayiələr dalğasına səbəb olub.

Qərb mediası İrana hava hücumları başlayandan ayətullahın yeraltı bunkerdə gizləndiyini yazıb. Bütün bu müddət ərzində yalnız iki əvvəlcədən yazılmış video yayımlanıb; Xamenei “qələbə tədbirləri”ndə iştirak etməyib. Mənbələr iddia edir ki, son həftələr hətta yüksək rütbəli rejim rəsmiləri də onunla şəxsən görüşə bilməyiblər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686

Oxşar yazılar