VHP bələdiyyə seçkiləri ilə bağlı mövqeyini açıqlayıb
29 yanvar 2025 22:47 (UTC +04:00)

VHP bələdiyyə seçkiləri ilə bağlı mövqeyini açıqlayıb

Vətəndaş Həmrəyliyi Partiyası ( VHP) bu gün keçirilmiş  bələdiyyə seçkilərinin demokratik və azad rəqabət mühitində baş tutduğunu vurğulayıb.

Partiyadan Lent.az-a verilən məlumata görə, VHP  bələdiyyə seçkilərində fəal iştirak edib:  "Seçkiyə 30 namizədlə qatılan partiyamızın 28 namizədi qeydə alınıb. Xüsusi olaraq bildirək ki, seçki prosesinin təşkili ilə bağlı seçki qanunvericiliyinə uyğun olaraq namizədlər üçün bütün imkanlar təmin edilmişdi. VHP-dən olan namizədlər təbliğat-təşviqat işləri aparması zamanı təbliğat vasitələrdən istifadə etmiş, xüsusi ayrılmış açıq və qapalı məkanlarda, məhəllədaxili və evlərdə görüşlər keçirmişdir. Eyni zamanda səsvermə günü müxtəlif seçki dairələri üzrə partiya tərəfindən müəyyənləşmiş müşahidəçilər seçki prosesini izləmişdir" deyə, məlumatda qeyd olunub.

Partiyanın məlumatında əminlik ifadə edilərək vurğulanıb: " Seçki prosesi kimi, yekun nəticələr də obyektiv və demokratik prinsiplər əsasında açıqlanacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1188

Oxşar yazılar