Ukraynaya müdaxiləyə görə Rusiyanı gözləyən ən təhlükəli cəza - SWIFT nədir?
31 yanvar 2022 15:13 (UTC +04:00)

Ukraynaya müdaxiləyə görə Rusiyanı gözləyən ən təhlükəli cəza - SWIFT nədir?

Kremlin başı üzərindəki “Damokl qılıncı” – Ukraynaya müdaxiləyə görə Rusiyanı gözləyən ən təhlükəli cəza hansıdır?

Qərb ölkələri Ukraynaya hərbi müdaxiləyə görə Rusiyanı “misli görünməmiş” sanksiyaların gözlədiyini açıqlayıb. Kremlin xüsusən beynəlxalq bank köçürmələri sistemi  - SWIFT-dən çıxarılmaqdan qorxduğu bildirilir.

CNN telekanalının saytında “SWIFT nədir və nə üçün o, Rusiyaya qarşı nə böyük silah ola bilər” başlıqlaı məqalə dərc olunub.

Lent.az həmin məqaləni təqdim edir:

“Qərb ölkələri Prezident Vladimir Putini Ukraynaya hücumdan saxlamaq üçün Rusiyanı miqyası görünməmiş sanksiyalarla hədələyir. Amma sanksiya siyahısında Kremli xüsusi ilə qorxuya salan bir hissə var. Bu ölkənin beynəlxalq bank sistemi olan SWIFT-dən çıxarılmasını nəzərdə tutan tədbirlər planıdır.

Amerikalı qanunvericilər son həftələrdə Rusiyanı dünyanın minlərlə maliyyə institutlarını birləşdirən SWIFT sistemindən ayırmağı təklif edir. Yüksək çinli rusiyalı məmurlar isə bu planın reallaşacağı təqdirdə Rusiyadan Avropaya neft, qaz, metal və s. məhsulların ixrac olunmayacağını qeyd edib. “Əgər Rusiya SWIFT sistemindən çıxarılsa, biz xarici valyutanı almayacayıq. Amma alıcılar, ilk növbədə isə Avropa ölkələri bizim neft, qaz, metallar və digər vacib komponentlərimizi almayacaq”,  - deyə Rusiya Federasiya Şurasının vitse-spikeri Nikolay Juravlev söyləyib.

Bəs SWIFT nədir?

Ümumdünya banklararası maliyyə kanalları xətti (SWIFT) 1973-cü ildə yaradılıb. Hazırda bu sistemin xidmətlərindən 11 mindən çox maliyyə institutu faydalanır. Onlar SWIFT vasitəsilə kodlaşmış məlumatlar və ödəniş göstərişləri göndərə bilir. SWIFT-in tamhüquqlu alternativinin olmaması onu dünya maliyyə sistemi üçün əvəzsiz edir.

Əgər Rusiya bu banklararası sistemdən çıxarılarsa, maliyyə institutları Rusiyaa pul göndərmək və geri pul almaq imkanlarını tam itirəcək. Bu Rusiya şirkətləri ilə yanaşı, bu ölkədən dollarla neft və qaz alan xarici müştərilər üçün də ağır sarsıntı olacaq.  

“Rusiyanın SWIFT-dən çıxarılması bütün beynəlxalq tranzaksiyaları dayandıracaq, valyuta kurslarının qeyri-stabilliyinə və kütləvi valyuta axınına səbəb olacaq”, - deyə Moskvadakı Karneqi Mərkəzinin elmi işçisi Mariya Şagina ötən il yazırdı. Rusiyanın eks-maliyyə naziri Aleskey Kurdin isə 2014-cü ildə çıxışı zamanı sistemdən çıxarılarsa, Rusiya iqtisadiyyatının 5% azala biləcəyini söyləyib.

SWIFT-in mənzil-qərargahı Brüsseldə yerləşir. Onu 25 nəfər üzvü olan Direktorlar Şurası idarə edir. SWIFT özünü xidmətlər təklif edən neytral vasitəçi kimi təqdim edir, Brüsseldə qeydiyyatdan keçdiyi üçün bu ölkənin qanunvericiliyinə və Avropa Birliyinin norma və qaydalarına riayət etməyə məcburdur.

Rusiya SWIFT-dən çıxarılsa, nə baş verə bilər?

Bu günə qədər hər hansı ölkənin SWIFT sistemidən çıxarılması halına rast gəlinməyib. Yalnız 2012-ci ildə Avropa Birliyi sanksiya tətbiq etdiyi üçün İran banklarını öz sistemindən çıxarmış, buna görə, İran neft ixracından əldə etdiyi gəlirlərin 50%, xarici ticarət dövriyyəsinin isə 30%-ni itirmişdi.  

“SWIFT öz kollektiv maraqları üçün yaradılmış və xidmət edən neytral kooperativdir. Hər hansı ölkə yaxud fiziki şəxs barədə sanksiya ancaq müvafiq dövlət orqanlarının istəyi və mövcud qanunvericilik əsasında həll olunur”, - deyə SWIFT mətbuata açıqlama verib.

Amma ABŞ-ın müttəfiqlərinin bu qərarı hansı qətiyyətlə dəstəkləyəcəyi məlum deyil. Belə ki, Rusiya SWIFT-dən çıxarılsa, bundan ən çox ABŞ və Almaniya zərər görəcək. Belə ki, həmin ölkələrin bankları Rusiya bankları ilə əlaqə üçün bu sistemdən daha çox yararlanır. 

“Şübhəsiz ki, SWIFT-dən çıxarılma əlimizdə Rusiyaya qarşı güclü silah olacaq. Amma qorxuram ki, bu silahdan istifadə etmək üçün ABŞ-ın köməyi bizə lazım olsun. Bu mövzuda diskussiya aparırıq”, - deyə Böyük Britaniya Baş naziri Boris Conson İcmalar Palatasında çıxışı zamanı söyləmişdi.

Qərbin iqtisadi sanksiya hədələri fonunda Rusiya Çinin yaratdığı CIPS banklararası mübadilə sisteminə baş vura bilər. Digər alternativ olaraq, Moskvanın kriptovalyutadan istifadə etməyə başlayacağı iddia olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4281
avatar

Vüqar İsmayılov

Oxşar yazılar