İlin əvvəlindən bəri ikiprezident Daniel Orteqa və Rosario Murillo tərəfindən idarə olunan Nikaraqua hökuməti rəsmi olaraq iki xarici işlər nazirini təyin edib: Valdrak Yençke və keçmiş nazir Denis Monkadu.
"Yoldaşlar Valdrak Lyudviq Yençke Uitaker və Denis Ronaldo Monkadu Kolindres xarici işlər nazirləri təyin edilsinlər", - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hökumət fərmanının mətnində deyilir.
Həmprezident Rosario Murillo “Canal 4”ün efirində qeyd edib ki, indi ölkənin "bizi mövqelərimizin ciddiliyi, sərtliyi, ardıcıllığı və sabitliyi ilə təmsil edən iki xarici işlər naziri Denis və Valdrak var".