Ukraynadakı müharibə 2022-ci ildə  bitə bilərdi:   Blinken buna qarşı çıxıb
21 yanvar 2025 13:14 (UTC +04:00)

Ukraynadakı müharibə 2022-ci ildə bitə bilərdi: Blinken buna qarşı çıxıb

2022-ci ilin sonunda ABŞ-ın Birləşmiş qərargah rəisləri komitəsinin o zamankı rəhbəri Mark Milli Ukraynaya Rusiya ilə danışıqlara başlamaq üçün Xersonun azad edilməsindən və Xarkov vilayətində əks-hücum əməliyyatından əldə etdiyi uğurlardan istifadə etməyi təklif edib. Bununla belə, dövlət katibi Antoni Blinken döyüşlərin davam etdirilməsində israr edib.

Lent.az bildirir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Nəşrin yazdığına görə, prezident Co Baydenin yaxın müşaviri olan Blinken Ukraynaya dəstək üçün beynəlxalq koalisiyanın yaradılması üzərində fəal işləyib. 

Nəşrin yazdığına görə, Mark Milli 2022-ci ilin sonunda sülh danışıqlarını nəzərdən keçirməyi təklif edəndə Blinken müqaviməti və döyüşü davam etdirməyin zəruriliyinə israr edib.

Amerika nəşrinin məqaləsində qeyd edildiyi kimi, Antoni Blinkenin ABŞ dövlət katibi kimi ilk böyük sınağı 2021-ci ilin avqustunda ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə başlayıb. Talibanın Kabili ələ keçirməsi Dövlət Departamenti üçün gözlənilməz olub. Bununla belə, onun əsas təsir məqamı 2022-ci ilin fevralında, Vladimir Putinin Ukraynaya genişmiqyaslı işğala başladığı vaxt gəlib.

Blinken diqqəti təcavüzə qarşı qlobal koalisiya qurmağa yönəldib. Onun rəhbərliyi altında ABŞ Ukraynaya hərbi yardım göstərən və Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edən 50-yə yaxın ölkəni birləşdirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 807
avatar

Oxşar yazılar