"Ukrayna" dairəsində   Ukraynaya dəstək mitinqinə icazə verilmədi
30 mart 2022 12:21 (UTC +04:00)

"Ukrayna" dairəsində Ukraynaya dəstək mitinqinə icazə verilmədi

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 2-də mitinq keçirməklə bağlı müraciətini cavablandırıb.

Lent.az-ın xəbərinə görə, meriya pandemiya ilə əlaqədar mitinqin keçirilməsinə razılıq verməyib.

Milli Şura aprelin 2-də saat 15:00-17:00-dək Bakı şəhəri, Yasamal rayonunda yerləşən keçmiş "Məhsul" stadionunda, metronun “Nərimanov” stansiyası yanındakı parkda və “Ukrayna” dairəsində mitinqin keçirilməsi üçün yer ayrılması üçün üçün BŞİH-ə müraciət edib. Milli Şura Ukraynanın ərazi bütövlüyünə dəstək məqsədilə mitinq keçirməyi planlaşdırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2281

Oxşar yazılar