“Traxtor Azərbaycan”ın azarkeşləri futbol oyunu başlamazdan əvvəl və oyun zamanı İran hakimiyyətinin əleyhinə şüarlar səsləndiriblər.
Lent.az “MOUZE” teleqram kanalına istinadən xəbər verir ki, azarkeşlər "Urmu gölü can verir, İran onun məhvinə fərman verir” şüarı səsləndiriblər.
Elə məhz bu səbəbdən Ərdəbildəki “Traxtor Azərbaycan” komandasının liderlərindən Abdullah Ənsari, azərbaycanlı idmançı və vətəndaş fəalı Kərim İsmayılzadə (boksçu) və azərbaycanlı milli fəal Mehdi Nəsirzadə “Traxtor Azərbaycan”ın oyunu başlamazdan əvvəl stadiona daxil olarkən həbs ediliblər.