ABŞ prezidenti Donald Trampın nüvə anlaşması ilə bağlı İrana qarşı tələbləri məlum olub.
Birləşmiş Ərəb Əmirlikləri hökumətinə yaxın mənbələrdən verilən məlumata görə, ABŞ prezidenti Donald Tramp İran rəhbərliyinə beynəlxalq təcridin dayandırılması üçün şərtlərin sərt siyahısı ilə qeyri-rəsmi məktub göndərib.
Lent.az-ın xarici medaya istinadla məlumatına görə, bu barədə Əmirlik isteblişmenti ilə yaxın əlaqələri olan şəxs kimi tanınan politologiya professoru doktor Əbdül Xaliq Abdullah bildirib.
Məktubda Vaşinqtonun əsas tələblərini əks etdirən səkkiz məqam var:
• İranın nüvə proqramının tamamilə ləğvi.
• Uranın zənginləşdirilməsinin dərhal dayandırılması.
• Yəməndə husilərə silah tədarükünün dayandırılması.
• “Hizbullah” qruplaşmasına maliyyə və maddi-texniki dəstəyin məhdudlaşdırılması.
• İraqda Xalq səfərbərlik qüvvələri kimi tanınan şiə hərbiləşdirilmiş qüvvələrinin ləğvi.
• Bütün tələbləri yerinə yetirmək üçün Tehrana iki ay vaxt verilir.
• Şərtlər yerinə yetirilərsə, ABŞ iqtisadi sanksiyaları ləğv etməyə və İslam Respublikasının siyasi təcridinə son qoymağa hazırdır.
• Alternativ olaraq, genişmiqyaslı hərbi əməliyyat təhlükəsi var.
Mənbənin sözlərinə görə, danışıqlar üçün mümkün məkan kimi Birləşmiş Ərəb Əmirlikləri təklif edilir.
İran rəsmilərindən hələlik heç bir rəsmi reaksiya yoxdur. Bununla belə, bu açıqlama ekspert dairələrində qızğın müzakirələrə səbəb olub: bir sıra analitiklər bu addımı Trampın 2024-cü il seçkiləri ərəfəsində regionda strateji təşəbbüsü ələ keçirmək və Co Bayden administrasiyasının siyasəti ilə ziddiyyət yaratmaq cəhdi kimi qiymətləndirirlər.