Respublikaçılar Partiyasından ABŞ-ın prezidenti seçilmiş Donald Tramp gözlənilməzliyi ilə hətta yaxın çevrəsini də təəccübləndirməkdə davam edir.
Lent.az xarici mediaya istinadla bildirir ki, köşə yazarı Yuliya Zabelinanın sözlərinə görə, komandasında heç kim onun növbəti gün hansı qərarlar verəcəyini dəqiq proqnozlaşdıra bilməz.
Zabelina qeyd edir ki, Tramp indi öz gələcək administrasiyasını formalaşdırmağa fokuslanıb. O, vaxtının çox hissəsini Mar-a-Laqo iqamətgahında keçirir və burada əsas vəzifələrə namizədlərlə fəal şəkildə görüşür. Eyni zamanda, o, onların keçmiş bəyanatlarına və hərəkətlərinə xüsusi diqqət yetirir, onların əvvəlki yazılarını və bəyanatlarını əks etdirən xüsusi monitordan istifadə edərək təhlil edir.
Köçə yazarı onu da əlavə edib ki, Amerika Konqresinin nümayəndələri, o cümlədən Tramp tərəfdarları hesab edirlər ki, gələcəkdə Ukraynaya hərbi yardım göstərmək Avropa İttifaqının vəzifəsinə çevrilə bilər.
Bu yanaşma Tramp komandasının hazırladığı yeni xarici siyasət strategiyasının bir hissəsi ola bilər.