Trampı Ukraynaya  dəvət etdi:   "Bura gəlsə, mənə 24 dəqiqə lazım olacaq"
05 noyabr 2023 21:53 (UTC +04:00)

Trampı Ukraynaya dəvət etdi: "Bura gəlsə, mənə 24 dəqiqə lazım olacaq"

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın keçmiş lideri Donald Trampa Ukrayna münaqişəsinin həlli ilə bağlı problemləri izah etmək qərarına gəlib. 

Lent.az bildirir ki, bu barədə NBC məlumat yayıb.

“Mən keçmiş prezident Trampı Ukraynaya dəvət edirəm. O, bura gəlsə, prezident Trampa Ukraynaya sülh gətirə bilməyəcəyini (...) izah etmək üçün mənə 24 dəqiqə lazım olacaq, daha çox deyil”, - ukraynalı siyasətçi bildirib.

Zelenski Trampın münaqişəni 24 saat ərzində həll edə biləcəyinə inanmadığını da bildirib.

# 5112
avatar

Oxşar yazılar