Telman İsmayılov  AZADLIQDA   - Bu ölkədən  SIĞINACAQ ALDI
22 oktyabr 2021 21:34 (UTC +04:00)

Telman İsmayılov AZADLIQDA - Bu ölkədən SIĞINACAQ ALDI

Monteneqro Azərbaycan əsilli rusiyalı biznesmen və Moskvadakı “Çerkizovo” bazarının keçmiş sahibi Telman İsmayılova siyasi sığınacaq verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə onun vəkili məlumat verib.

Biznesmenin vəkili bildirib ki, T.İsmayılov istintaq təcridxanasından buraxılıb.

Onun Rusiyaya ekstradisiya ediləcəyi gözlənilsə də, bu baş verməyib.

Oktyabrın 15-də Rusiya Baş Prokurorluğu İsmayılovun ekstradisiyası üçün Monteneqroya sorğu göndərildiyini açıqlayıb.

O, sifarişli qətllərin təşkilinə görə 2017-ci ildən beynəlxalq axtarışa verilib.

İstintaqın versiyasına görə, İsmayılov qardaşları Rafik və Vaqiflə birlikdə 2016-cı il mayın 15-də baş verən iş adamı Vladimir Savkin və “Lyublino-Motors” şirkətinin təsisçisi Yuri Brılevə qarşı sui-qəsd planı hazırlayıb. Onları killer Mehman Kərimov güllələyib.

İsmayılovun Podqoritsada saxlanıldığı haqda məlumat oltyabrın 1-də yayılıb.

Bəzi məlumatlara görə, İsmayılov ölkə prezidenti Milo Cukanoviçlə dostluq edir.

Monteneqro rəhbərinin Türkiyədə İsmayılova məxsus “Mardan Palace” otelində istirahət etməsi də buna sübutdur.

Telman İsmayılov ona qarşı irəli sürülən ittihamları boynuna almır.
 

# 11352
avatar

Oxşar yazılar