Şuşa Media Forumu panel müzakirələrlə davam edir -  FOTO
22 iyul 2023 13:05 (UTC +04:00)

Şuşa Media Forumu panel müzakirələrlə davam edir - FOTO

“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumu çərçivəsində "Medianın gələcəyi: Ənənəvi media üçün növbəti addımlar; Rəqəmsal transformasiya diqqət mərkəzində" adlı panel müzakirəsi olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, panel müzakirəsində iştirakçılar media məhsullarının istehsalı və istehlakı ilə bağlı dəyişən trendlər, kontent, mediada investisiyalar barədə fikir mübadiləsi aparıblar.

Paneldə çıxışında kanadalı amerikalı jurnalist, televiziya, sənədli film, podkast və debat prodüseri Dana Volf deyib ki, media sahəsində yeniliklərə, dəyişiliklərə adaptasiya olmaq, onları izləmək vacibdir.

O, qeyd edib ki, medialar indi dünyanın müxtəlif nöqtələrində öz büro departamentlərini bağlayırlar. Bunun səbəbi həm maliyyə, həm də rəqəmsallaşma ilə bağlıdır.

Amerikalı jurnalist əlavə edib ki, əgər kontent biznes maraqlarına hesablanıbsa, bu etik çərçivədə suallar yaradır.

Vaşinqtondan Qlobal Siyasət İnstitutunun prezidenti Professor Paolo von Schirach isə panel çıxışında deyib ki, yeni texnologiyalar medianın transformasiyanı gətirib çıxarır.

O deyib ki, auditoriya əsasən qərəzli informasiyaya maraq göstərir.

O süni zəkanın media üçün təhdidlərindən də narahat olduğunu bildirib.

"Süni zəkanı kim redaktə edir, o auditoriyanın maraqlarını, narahatlıqlarını, öyrənmək istədiklərini necə müəyyən edir?! Bütün bunlar məni düşündürür".

"Forward Thinking" şirkətinin ditektoru Oliver MakTernan panel müzakirəsində vurğulayıb ki, məlumatlandırmaqla yanaşı əyləndirmək artıq standarta çevrilib.

O sosial medianın avantajları ilə yanaşı dezavantajları barədə bildirib ki, sosial mediada nifrət nitqi yayanlar, ksenefoblar üçün öz zərərli fikirlərini yaymaqda platforma rolunu oynayır.

Oliver MakTernan süni zəkanın silah kimi istifadə olunacağından narahat olduğunu deyib.

"Azad Azərbaycan" MTRK-in Prezidenti Azər Xəlilov panel sessiyasında xəbərlərin "ölmədiyini" deyib. O bildirib ki, ola bilər xəbərlər auditoriyanın müəyyən qisminin marağına uyğun olmaya bilər. Xəbərlərdə əyləncə elementləri də olmalıdır: "Əgər biz auditoriyanın maraqlarını nəzərə alırıqsa, sosial medianın trendlərini izləyiriksə o zaman heç nə (xəbərlər) "ölməyəcək".

O həmçinin süni zəka və yeni texnologiyalar barədə də danışıb. Bildirib ki, süni zəkanın media üçün təhdidlərindən çox avantajları var və o media üçün yeni imkanlar yaradır.

Panel müzakirəsində auditoriyanın sualları da cavablandırılıb.

Şuşa Media Forumu panel müzakirələrlə davam edir - FOTO

Şuşa Media Forumu panel müzakirələrlə davam edir - FOTO

Şuşa Media Forumu panel müzakirələrlə davam edir - FOTO

Şuşa Media Forumu panel müzakirələrlə davam edir - FOTO

Şuşa Media Forumu panel müzakirələrlə davam edir - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2436
avatar

Oxşar yazılar