İtaliyalı siyasətçi yüzlərlə qadınla cinsi əlaqədə olması ilə öyünüb, cinsiyyət orqanını “bilik orqanı” adlandırıb və istefa verməkdən imtina edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qalmaqal sənət tarixçisi və ölkənin mədəniyyət nazirinin müavini Vittorio Zqarbinin ətrafında yaranıb.
Romadakı 21-ci Əsrin Milli İncəsənət Muzeyində çıxış edən 71 yaşlı kişi, "ayda təxminən doqquz qadınla cinsi əlaqədə olduğunu" və ümumilikdə daha çox olduğunu söyləyib. Bundan əlavə, Zqarbi penisi bilik aləti adlandırıb. “Nəticədə, anlaşma üçün nüfuz lazımdır”, - nazir müavini bildirib.
Muzey işçiləri dərhal həmin şəxs haqqında şikayətlər yazıblar və “Beş ulduz hərəkatı” partiyasının nümayəndələri ondan dərhal istefa verməsini tələb ediblər.
İtaliyanın mədəniyyət naziri Cennaro Sanciuliano hadisənin bütün təfərrüatlarının təqdim edilməsi xahişi ilə mədəniyyət müəssisəsinə müraciət edib və muzeyin belə vulqarlıqlar üçün yer olmadığını bildirib. Zqarbi isə öz növbəsində könüllü olaraq istefa verməyəcəyini, “solçuların” ona qarşı kampaniya apardıqlarını və penis haqqında yazdığı qəsidə sadəcə fransız yazıçısı Mişel Uelbekdən sitat gətirdiyini bildirib.
Vittorio Zqarbi İtaliyada ilk dəfə 2001-ci ildə kabinetdə işləməyə başlayıb və Silvio Berluskoninin böyük pərəstişkarı və dostu kimi tanınır. Eyni zamanda, o, nüfuzlu sənətşünasdır və tez-tez televiziyada mədəni proqramlar aparır.