Səkkiz peyvənd vurduran Jirinovski  koronavirusa yoluxdu  - Vəziyyəti ağırdır - YENİLƏNİB
09 fevral 2022 15:59 (UTC +04:00)

Səkkiz peyvənd vurduran Jirinovski koronavirusa yoluxdu - Vəziyyəti ağırdır - YENİLƏNİB

Rusiya Liberal-Demokrat Partiyasının lideri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski ağır vəziyyətdə Moskva Mərkəzi Klinik Xəstəxanasına çatdırılıb.

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, siyasətçi bir neçə gündür xəstəxanadadır.

***

15:01

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Moskvada xəstəxanaya düşüb. 

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, mənbə onun COVID-19-a yoluxduğunu bildirib. 

Dekabrda siyasətçi iki il ərzində koronavirusa qarşı səkkiz peyvənd edildiyini bildirmişdi.

Mənbələrə görə, Jirinovskinin ağciyərlərinin 50-75 faizi zədələnə bilər, o, koronavirus fonunda inkişaf edən ikitərəfli pnevmoniya ilə xəstəxanaya yerləşdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4068
avatar

Oxşar yazılar