"Səfirliyin əməkdaşlarından qadın diplomatlar və ailə üzvləri ölkədəki vəziyyətdən asılı olaraq yaxın günlərdə Ukrayna ərazisini tərk edə bilərlər".
Lent.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Ukraynadakı Səfirliyindən məlumat verilib.
"Səfirliyimiz fəaliyyətini hər zamankı rejimdə davam etdirir, yaranmış vəziyyətlə əlaqədar 24 saat fəaliyyət göstərən qaynar xətt mövcuddur", - deyə məlumatda bildirilib.