Saat 15:00-a azad olunmuş ərazilərdə seçici fəallığı açıqlanıb
07 fevral 2024 15:55 (UTC +04:00)

Saat 15:00-a azad olunmuş ərazilərdə seçici fəallığı açıqlanıb

Azad olunmuş ərazilərdə seçici fəallığı açıqlanıb.

Lent.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 15.00-a qədər seçici fəallığı 118 saylı Ağdam Şəhər Seçki Dairəsində 68,17 faiz, 119 saylı Ağdam Kənd Seçki Dairəsində 69 faiz, 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsində 70,25 faiz, 121 saylı Laçın Seçki Dairəsində 70,97 faiz, 122 saylı Xankəndi Seçki Dairəsində 65,78 faiz, 123 saylı Kəlbəcər Seçki Dairəsində 62,12 faiz, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsində 63,82 faiz, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsində 71,25 faiz olub.

# 2301
avatar

Oxşar yazılar