Qorxaq və qorxulu Tehran
31 mart 2023 15:06 (UTC +04:00)

Qorxaq və qorxulu Tehran

Artıq on illərdir İran İslam Respublikasının adı beynəlxalq hesabatlarda terrorizmi dəstəkləyən dövlətlər sırasına daxil edilib. Bu gün də eyni imiclə tanınır. ABŞ Dövlət Departamenti tərəfindən 2019-ci ildə tərtib edilən “Terrorla bağlı Ölkələr Hesabatı”nda bütöv bir fəsil İrana həsr edilib.

Günümüzün reallığıdır ki, bir sıra dövlətlər - o cümlədən İran - öz qlobal və regional ambisiyalarını terror aktları vasitəsilə təmin etməyə çalışırlar.

Rəsmi Tehran daim öz mahiyyətində olan dövlətlərin yanında olub.

İran Azərbaycanın ərazi bütövlüyünü pozan, 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayan, müsəlman əhaliyə qarşı qırğınlar törədən, azərbaycanlıları kütləvi deportasiya edən, məscidləri yandıran, məscidlərdə heyvan saxlayan Ermənistana bütün bunlara görə bir dəfə də olsun etiraz etməyib, irad belə bildirməyib. Əksinə, bu cür cinayətləri törədən bir ölkəni hər zaman müdafiə edib, bu ölkə üçün nəfəslik rolunu oynayıb, terroru dövlət siyasətinə çevirən bir dövlətin yanında olub və beləliklə, Ermənistanın cinayətlərinin davam etməsinə stimul vermiş olub: “Çox təəssüflər olsun ki, bu gün də Tehran rejimi həmişəki siyasətini davam etdirir.

Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması artıq heç kimdə şübhə doğurmur. Bu, son dövrlərdə İranın, Tehrandakı səfirliyimizdə törədilmiş hadisədən sonra, Azərbaycana qarşı ikinci terror əməlidir. Səfirliyimizə qarşı hücuma görə heç kəsin cəzalandırılmaması bir daha göstərir ki, İran terrorçu mahiyyətə malik dövlətdir və bu ölkədə terror törətmək cinayət sayılmır;

Fazil Mustafaya qarşı hücumun vaxtı da təsadüfi seçilməyib. Hadisə, İsraildə Azərbaycan səfirliyinin açıldığı, xarici işlər naziri Ceyhun Bayramovun bu ölkədə səfərdə olduğu ərəfədə törədilib. Bundan əlavə, hadisənin, Azərbaycan xüsusi xidmət orqanlarının peşə bayramı günü baş verməsi onu da göstərdi ki, xüsusi xidmət orqanlarımızın ölkədə sabitliyi və təhlükəsizliyi peşəkar səviyyədə təmin etməsi İranın xoşuna gəlmir;

Tarixdən də İran xüsusi xidmət orqanlarının Azərbaycanda törətdiyi terror faktları hər kəsə məlumdur. Buna misal kimi, akademik Ziya Bünyadovun, jurnalist Rafiq Tağının qətlini göstərmək olar. Bakıda “Avroviziya” mahnı müsabiqəsi keçirilən zaman İranın ölkəmizdə planlaşdırdığı terror həmlələri haqqında çoxsaylı məlumatlar var idi;

 Ümumilikdə, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi bütün ağır vəziyyətlərdə İranın şər barmağı olub. Bu baxımdan İranın Azərbaycana münasibəti işğalçı Ermənistanın münasibətindən heç nə ilə fərqlənməyib. Bu faktlar bir daha göstərir ki, İrandakı molla rejimi Azərbaycana qarşı patoloji kin və nifrət bəsləyir;

İran mahiyyət etibarı ilə terrorçu dövlətdir. İran terrorundan Yaxın Şərq, Cənubi Qafqaz, hətta uzaq Yunanıstan, Kipr kimi Avropa ölkələri də əziyyət çəkir.

İran dövlətinin ölkəmizə yönələn siyasi-diplomatik dözümsüzlük xarakterli davranışları Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra daha da genişlənib və bir çox hallarda açıq təhdid formasında ifadə edilməyə başlanıb. İran heç vaxt müstəqil, güclü Azərbaycan dövlətinin varlığını qəbul etmək istəməyib. Amma gözünü açıb diqqətlə baxsa daha yaxşı olar.  Xislətində terror olan bu dövlət nə qədər qorxulu olsa da, mahiyyətcə qorxaqdır. Çünki terror qorxaq və rəzillərin işidir.

# 5340
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar