Prezident İlham Əliyev "Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncama əsasən, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Tural Gəncəliyev – Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru
Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru
Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru
Alim Qasımov – Azərbaycan Respublikasının Xalq artisti.