Qarabağ Dirçəliş Fondu ilə bağlı yeni FƏRMAN
19 yanvar 2021 12:12 (UTC +04:00)

Qarabağ Dirçəliş Fondu ilə bağlı yeni FƏRMAN

Prezident İlham Əliyev Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Lent.az-ın xəbərinə görə, fərmana əsasən, “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi” və “Qarabağ Dirçəliş Fondunun strukturu” təsdiq edilib.

Müəyyən edilib ki, Qarabağ Dirçəliş Fondunun (bundan sonra – Fond) nizamnamə fondu 1 (bir) milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır.

 

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir

Fond əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiqləməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1812
avatar

Oxşar yazılar