Rusiya Prezidenti Vladimir Putin 6 illik prezidentlik dövründə 755 min dollara yaxın pul qazanıb.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki bu barədə Rusiya Federasiyası prezidentliyinə namizdə Putinin Mərkəzi Seçki Komissiyasına təqdim edilən bəyannaməsində bildirilib.
Bəyannaməyə əsasən, altı ildə Putin 67 milyon 591 min rubl (754 min 288 ABŞ dolları) qazanıb.
Qeyd olunub ki, Vladimir Putinin 6 illik gəliri əsasən onun bu dövr üçün maaşından ibarətdir. Bundan əlavə, 2017-ci ildə ona məxsus torpaq sahəsi də satılıb. Ümumilikdə prezidentin Sankt-Peterburqda bir mənzili, bir qarajı, üç avtomobili, o cümlədən qoşqusu var. Putin eyni zamanda Bank Sankt-Peterburqun 230 səhminə sahibdir. Bir səhmin dəyəri 11,81 rubl təşkil edir. Bəyannamədən belə görünür ki, Putinin hesablarında 54,4 milyon rubl var.