Putinin üçtərəfli görüşlə bağlı iclası
10 yanvar 2021 17:41 (UTC +04:00)

Putinin üçtərəfli görüşlə bağlı iclası

Putin üçtərəfli görüş öncəsi iclas keçirdi

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti Ilham Əliyev  və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş öncəsi iclas keçirib.

Kremlin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, iclasda Dağlıq Qarabağ məsələsinin nizamlanması  və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.

Iclasda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin iştirak ediblər.

Qeyd edək ki, sabah Moskvada Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək.

# 2973
avatar

Oxşar yazılar