Putin Priqojinin  qiyam törədəcəyini   bilib
25 iyul 2023 19:06 (UTC +04:00)

Putin Priqojinin qiyam törədəcəyini bilib

Rusiya prezidenti Vladimir Putinə ölkənin xüsusi xidmətləri tərəfindən Yevgeni Priqoqinin hazırladığı mümkün üsyanla bağlı xəbərdarlıq edilib. Lakin üsyan başlayanda Kreml rəhbəri, Ukrayna və Avropa rəsmilərinin dediyinə görə, “iflic olub” və qəti addımlar ata bilməyib. Bütün gün heç bir göstəriş verilməyib.

Lent.az-ın xəbərinə görə, bu barədə “Washington Post” yazır.

Kəşfiyyat mənbələri iddia edir ki, Rusiya kəşfiyyat orqanları üsyanın başlamasından ən azı iki-üç gün əvvəl Putinə xəbərdarlıq edib. Xəbərdarlığa cavab olaraq Kreml də daxil olmaqla strateji əhəmiyyətli obyektlərdə təhlükəsizliyin artırılması üçün tədbirlər görülüb. Qeyd olunur ki, prezident qvardiyasının şəxsi heyəti artırılıb, daha çox silah buraxılıb. Lakin qiyamın qarşısını almaq üçün heç bir konkret tədbir görülməyib.

Adının açıqlanmasını istəməyən Avropa təhlükəsizlik rəsmiləri Rusiya hakimiyyətini bürüyən qorxu və çaşqınlıqdan danışıblar. Onlar iddia edirlər ki, Putin və onun komandirləri üsyan başlayanda necə reaksiya verəcəklərini bilmirdilər, baxmayaraq ki, həlledici addımlar atmaq üçün kifayət qədər vaxtları olub.

Putinin sözçüsü kəşfiyyatın iddialarını rədd edərək, onları “cəfəngiyyat” adlandırıb və onların yayılmasında məlumat çatışmazlığını günahlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3465
avatar

Oxşar yazılar