Rusiya Prezidenti Vladimir Putin
20 may 2021 18:37 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin

Putin hədələdi: “DİŞLƏRİNİ QIRARIQ”

“Rusiya mütəmadi olaraq ondan nəsə qoparmaq istəyənlərlə toqquşur. Kim ki, bunu etmək istəsə, Rusiya onun “dişlərini qıracaq””.

Lent.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya Prezidenti bildirib ki, bəziləri Sibirin sərvətlərinin guya ədalətsiz şəkildə yalnız bir ölkəyə məxsus olduğunu açıq şəkildə deməyə cəsarət edir:

“Belə şeyləri açıq şəkildə eşitmək qəribədir. Onlar hamısı bizdən nəsə qoparmaq istəyir. Amma onlar bilməlidirlər ki, bunu etməyə çalışanların “dişlərini qıracağıq”. Bu, açıq-aydındır. Və bunun zəmanəti bizim Silahlı Qüvvələrimizdir”.

V.Putin vurğulayıb ki, Rusiyanın nəhəng potensialı var.

Rusiya dövlət başçısı diqqətə çatdırıb ki, SSRİ-nin süqutundan sonra da Rusiya böyük bir ölkə kimi qalmaqdadır: “Sovet İttifaqı başqa cür adlansa belə tarixi Rusiya idi. Əlbəttə ideoloji mahiyyəti də fərqli idi. Amma geosiyasi nöqteyi-nəzərdən bu elə tarixi Rusiyadır. Hətta onun üçdə biri itirildikdən sonra belə Rusiya kimlər üçünsə böyük dövlət olaraq qalmaqda davam edir”.

Prezident Rusiyaya qarşı təzyiqlərin bundan sonra da davam edəcəyini istisna etməyib.

# 4044
avatar

Oxşar yazılar