Putin, Əliyev və Paşinyan arasındakı görüşün vaxtı  AÇIQLANDI
23 oktyabr 2021 14:39 (UTC +04:00)

Putin, Əliyev və Paşinyan arasındakı görüşün vaxtı AÇIQLANDI

Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın üçtərəfli görüşü noyabrın birinci ongünlüyündə Moskvada baş tuta bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, tərəflərin üçtərəfli bəyanatlar imzalayacaqları güman edilir.

Mənbə bildirib ki, belə bir görüşün təxminən noyabrın 8-9-da Moskvada keçirilməsi gözlənilir.

Onun sözlərinə görə, görüşdə üçtərəfli bəyanatların imzalanması gözlənilir. Sənəd “Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə” aid olacaq.

“Bu proses mürəkkəbdir və tərəflər Rusiyanın vasitəçiliyi ilə bu problemin həlli üçün “yol xəritəsi”ni özləri müəyyən edəcəklər. Bölgədə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı bəyanatın qəbul edilməsi də gözlənilir, bu məqam üç ölkənin liderləri tərəfindən ötən ilin noyabrında qəbul edilmiş üçtərəfli bəyanatda göstərilib”, - mənbə vurğulayıb.

# 6162
avatar

Oxşar yazılar