Putin DANIŞDI: Postsovet məkanındakı münaqişələr  necə həll olunacaq?
14 oktyabr 2022 15:01 (UTC +04:00)

Putin DANIŞDI: Postsovet məkanındakı münaqişələr necə həll olunacaq?

Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarının oktyabrın 14-də Astanada keçirilən sammitində postsovet məkanında münaqişələrin necə həll olunacağını deyib.

“Əlbəttə, MDB çərçivəsində bütün müsbət qarşılıqlı əlaqə ilə başa düşmək lazımdır ki, təəssüf ki, bəzən fikir ayrılıqları və münaqişələr yaranır. Təbii ki, biz indiki vəziyyətdən harada yaranırsa, oradan çıxış yolu tapmağa çalışmalıyıq. Xoşməram, fikrimcə, hər kəsdə var, bu xoş niyyətdən maksimum istifadə etməliyik” – Lent.az xarici mediaya istinadla bildirir ki, Putin söyləyib. 

Putin həmçinin bildirib ki, MDB ölkələri müxtəlif sahələrdə inteqrasiyanın dərinləşdirilməsinə yönəlmiş bir sıra birgə sənədlər və qərarlar hazırlayıb. Görüşün yekunu olaraq bir sıra sənədlərin imzalandığı açıqlanıb.

Xatırladaq ki, bu həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanda keçirilən sammitdə Ukraynada “qanın dayandırılmasına” çağırıb. Görüşdə Putin də iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2247
avatar

Oxşar yazılar