Putin Bakıda Durovla görüşdən imtina edibmiş  - YENİLƏNİB
26 avqust 2024 13:45 (UTC +04:00)

Putin Bakıda Durovla görüşdən imtina edibmiş - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin Bakıya son səfəri zamanı Teleqramın yaradıcısı Pavel Durovla görüşməyib.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü Durovun Fransada həbs olunmasına da münasibət bildirib.

Peskov Durovun həbsini indi şərh etməyi düzgün hesab etmir, çünki onun nədə ittiham olunduğu hələ məlum deyil.

***

20 avqust, saat 12:42

Rusiya prezidenti Vladimir Putin “V Kontakt” və "Telegram" sosial şəbəkələrinin yaradıcısı Pavel Durovla Azərbaycanda görüşməkdən imtina edib.

Lent.az xəbər verir ki, bu barədə Rusiyanın telegram kanalları məlumat yayıblar.

Qeyd olunub ki, Putinin Bakıya səfərindən bir neçə gün əvvəl Prezident Administrasiyasının əməkdaşları ona Durovla görüş təşkil etməyi təklif ediblər, lakin Putin bundan imtina edib. İmtina səbəbi və görüşün nəzərdə tutulan mövzusu naməlumdur.

Bildirilir ki, Rusiya prezidenti və Telegram-ın yaradıcısı eyni vaxtda Bakıda olublar. Artıq Putin Rusiyaya qayıdıb.

Qeyd edək ki, Pavel Durov proqramist, iş adamı və milyarderdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6354
avatar

Mehman Nəbiyev

Oxşar yazılar