Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində namizədlərin topladığı yekun səslər açıqlanıb.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinə dair protokolunda öz əksini tapıb.
İlham Əliyev 92,12% (4 567 458 səs) səslə seçkilərin qalibi olub.
Digər namizədlərin topladığı səslər aşağıdakı kimidir:
- Zahid Oruc - 2,17 faiz (107 632 səs);
- Fazil Mustafa - 1,99 faiz (98 421 səs);
- Qüdrət Həsənquliyev - 1,72 faiz (85 411 səs);
- Razi Nurullayev - 0,80 faiz (39 643 səs);
- Elşad Musayev - 0,66 faiz (32 885 səs);
- Fuad Əliyev -0,54 faiz (26 517 səs).