Polad necə “əridi”  – İfşası qismətinə yazılan casuslar
18 yanvar 2022 18:16 (UTC +04:00)

Polad necə “əridi” – İfşası qismətinə yazılan casuslar

 

40-50 il əvvəl sovet dövlətində istər DTK-nın, istəsə də DİN-in təcridxanaları tez-tez dolub-boşalıb. O zaman ictimaiyyətin bu iki dövlət strukturunun işinə verdiyi dəyər fərqli olub. İnsanlar DTK-da yatıb-çıxmış adamlara şübhə ilə yanaşırmışlar və deyirmişlər: “KQB-nin təcridxanasına düz adamı salmırlar”.

Lent.az musavat.com-a istinadən xəbər verir ki, 2004-cü ildə Eldar Mahmudovun nazir təyin edildiyi vaxta qədər bizim ölkəmizdə də ictimaiyyət arasında belə bir qənaət vardı ki, MTN-in əlində kifayət qədər əsas və səbəb olmadan heç kimi həbs etmir.

Təəssüf ki, Mahmudovun vaxtında milli təhlükəsizliyimizə cavabdeh olan strukturun imicinə xələl gəldi, bəzi generallar neqativ əməllərə qol qoydular, qurunun oduna yaşı da yandırdılar. 2015-ci ildən sonra ciddi kadr dəyişikliyinə məruz qalan, adı belə dəyişdirilib DTX adlandırılan dövlət strukturu yenə öz işi, funksiyası ilə məşğul olmağa başladı. Ondan sonra bu xidmət pul qazanan sahibkarlarla, korrupsioner məmurlarla yox, hansısa səbəbdən başqa dövlətlərin kəşfiyyatının caynağına keçənlərlə “işləməyə” başladı.

5-ci kalon" kimlərdir? - Sozcu.az

“Başqa dövlətlərin kəşfiyyatının caynağına keçənlər” deyərkən heç də bu və ya digər motivlərlə qonşu və uzaq dövlətlərə rəğbət bəsləyənlər, daima onları tərifləyənlər, siyasətini təqdir edənlər, o dövlətlərə toz qondurmayanlar nəzərdə tutulmur. Belələrinə sadəcə mediada “5-ci kolon”, “qərbpərəstlər”, “ruspərəstlər”, “iranpərəstlər” adı qoyulur. Nə qədər ki, onlar konkret olaraq başqa dövlətin kəşfiyyat orqanlarına işləmir, onlardan qonorar (muzd) almır, bunun müqabilində o orqanlara xəbər, sənəd ötürmürlər, “pərəst” olduqlarına görə bu şəxslərə bir söz deyən olmur. Çünki başqa ölkəyə rəğbət bəsləmək milli mənafe baxımından qəbahət olsa da, cinayət məsuliyyəti yaratmır.

Ancaq başqa bir dövlətin kəşfiyyat orqanından “agent” kimi maaş alan, aldığı maaşın əvəzinə öz ölkəsinin sirlərini satan, yaxud həmin dövlətin sifarişi ilə hansısa əməllərə qol qoyan adamlar, təbii ki, kənarda qalmırlar. Onları bir gün qandallayıb içəri salırlar.
Uzun illərdir bu ölkədə (eləcə də əksər ölkələrdə) heç kəsi yalandan “casus” deyib həbs etmirlər. Mümkün də deyil. İttihamın arxasında dayanan iddiaları sübut etmək lazımdır. Əgər kimsə bu ittihamla həbs edilibsə, demək, kəşfiyyat orqanının əlində uzun zamandan bəri aparılan müşahidə materialları, tutarlı sənədlər, təqsiri sübut edən dəlillər var. Mühakimə zamanı bunların hamısı sadalanır. Vətəndaş öz təqsirini etiraf etməsə də, sübutlar öz işini görür.

Polad Aslanov'a hapishanede baskı uygulanıyor

Fəqət belə bir reallıq da var ki, casusluqda ittiham olunanların bəziləri, xüsusilə də onların ailə üzvləri ittihamlarla razılaşmırlar, məhkum olunanın şərləndiyini bildirirlər, müxtəlif aksiyalar vasitəsilə hökmə təsir etmək istəyirlər.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində həbs olunmuş jurnalist Polad Aslanovun işi bu qəbildəndir. 1989-cu il təvəllüdlü, “Xeberman” və “Press-az” informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl oğlu dövlətə xəyanət etməkdə şübhəli bilinərək həbs olunub. Onun qonşu dövlətlərdən birinin xüsusi xidmət orqanları ilə birbaşa əlaqəsinin olduğu aşkara çıxarılıb.

Topladığı məlumatları xarici kəşfiyyata ötürüb" - DTX-nın həbs etdiyi  jurnalistin xanımına da cinayət işi açılıb

Hazırda onun həyat yoldaşı Gülmirə Aslanova Baş Prokurorluğun və DTX-nın binası qarşısına təkbaşına aksiya keçirir, Polad Aslanovun jurnalistika ilə məşğul olduğunu, jurnalistikanın cinayət olmadığını bəyan edir və şikayətinə müsbət cavab verilmədiyi təqdirdə özünü yandıracağını bildirir.

Polad Aslanovun həyat yoldaşı DTX qarşısında etiraz aksiyası keçirib -  YouTube

Ona dəstək verənlər, G.Aslanovanın təkadamlıq aksiyasını geniş işıqlandıranlar da var. Hiss olunur ki, bu aksiya tək bir qadının işi deyil, ortada yenə şəbəkə işi var.

Birincisi, öz məqsədinə çatmaq, tələblərini yerinə yetirtmək üçün suisid anonsu etmək dövləti, hüquq-mühafizə orqanlarını şantaj etməkdir.

İkincisi, ortada adamın günahını sübut edən tutarlı sənədlər, şahid ifadələri olduğu halda bunlarla razılaşmamaq cığallıqdır.
Polad Aslanovun hərəkətləri heç də jurnalistika çərçivəsində olmayıb, onun rəhbərlik etdiyi saytlar qonşu dövlətin kəşfiyyat və təbliağat dairələrinin Azərbaycandakı ruporuna çevrilib.

Hətta Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci ilin fevralında Tehranda “məşhur selfisi"nə qarşı Azərbaycan ictimaiyyətinin etirazı kükrəyəndə, məhz Polad Aslanovun saytları bu əməli malalamaq üçün təbliğat materialları yayıb.

Polad Aslanov kimdir, kimlərə işləyir? - Azərbaycana qarşı CASUS OYUNLARI

Aydın məsələdir ki, o, bunları “ictimai əsaslarla” etməyib, əməyinin qarşılığı olaraq lazımi qədər muzd alıb. Ümumiyyətlə, indiki şəraitdə bir neçə saytın fəaliyyətini maliyyələşdirmək əlavə və ciddi maliyyə mənbəyi olmadan mümkün deyil. Aslanovun fəaliyyətini araşdıran istintaq həmin maliyyənin mənbəyini də ortaya çıxarıb və məlum olub ki, o, artıq bir neçə ildir başqa dövlətin mənafeyinə xidmət edir.

P.Aslanov və ya bir başqası eyni hərəkəti İranda, Rusiyada etsəydi, öz dövlətinin mənafeyini ayağa verərək, başqa dövlətdən pul alsaydı, onu cəzasız buraxardılarmı? Əsla. İranda onu dərhal asardılar, Rusiyada uzunmüddətli həbs cəzasına məhkum edərdilər. O, hətta Rusiyadan canını götürüb xaricə, məsələn, İngiltərəyə qaçsaydı da, yenə rahat buraxmaz, hansısa formada cəzalandırardılar.
Köhnə vaxtlara ekskursiya etmədən, elə ən yaxın tarixdə bu fikri sübut edəcək onlarla fakt tapmaq mümkündür.

Ancaq işə baxın ki, bu ölkədə casusluğu ifşa olunmuş adamlar layiq olduqları cəzalarla razılaşmır və vaxtaşırı həmlələr edirlər ki, həbsxanadan qurtulsunlar.

Polad Aslanov məhkəmənin açıq keçirilməsini istəyir – Novator.az

Belə görünür ki, uzun illər ölkədə fəaliyyət göstərən “5-ci kolon”larla yumşaq davranılması elə bir cəzasızlıq mühiti yaradıb ki, bu “kolon”ların muzdlu qrupları da əmələ gəlib və onlarda sərbəst fəaliyyət göstərəcəklərinə, başqa dövlətə rahat işləyəcəklərinə, bu sayədə yaxşı pul qazanacaqlarına dair qənaət hasil olub.

Heç kəs gözləmirmiş ki, bir gün barələrində tutulan qovluqlar dolacaq və onları hesabat və ifadə verməyə dəvət edəcəklər.
Bəlkə də Polad Aslanov əvvəlcə bu işə dini-ideoloji baxışlarına görə və ya şantaj edildiyi üçün qədəm qoyub, ancaq onun sonradan konkret casusluq əməlləri etməsinin konkret olaraq maddi motivlərə dayandığı birmənalıdır. Poladı böyük pulların verdiyi hərarətlə “əridib” bədbəxt ediblər, indi isə nəyin bahasına olursa, olsun, onu həbsdən çıxarmaq istəyirlər.

Bu hadisədən xeyli əvvəl daha bir məşhur azərbaycanlı jurnalistin (onu ölkədə hamı tanıyır) qonşu dövlətdə olarkən kəşfiyyat orqanları tərəfindən əməkdaşlığa cəlb edilməsinə dair təşəbbüs olmuşdu. Razılıq verməyəcəyi təqdirdə həbs ediləcəyini, başına oyun açılacağını bilən jurnalist əlacsız qalaraq hansısa bir sənədi imzalamış, ancaq Azərbaycanın hüdudlarına keçən kimi başına gələnlər barədə hüquq-mühafizə orqanlarına xəbər vermişdi. Bununla da o, canını qonşu dövlətin kəşfiyyatının caynağından, eləcə də “casus” kimi ağır bir töhmətin altına girməkdən xilas etmişdi.

Caucasian Knot | Journalist Polad Aslanov complains about unfair trial

Polad Aslanov da elə edə bilərmiş, amma etməyib, bu yöndə bir xeyli fəaliyyət göstərib, sonda yaxalanıb.

Casusların aqibətinə gəlincə, kriminal avtoritetlər kimi, onlar da sağ-salamat təqaüdə çıxa bilmirlər. Nə vaxtsa ifşa olunmaq hər bir casusun qaçılmaz qismətidir. SSRİ və ABŞ arasında gedən “casus-casus” davasında da kənarda qalan olmayıb, onların heç də hamısı cəzalanmasa da, hamısı ifşa olunub.

Heç bir casusun təzyiqlə, şantajla həbsdən buraxılması faktları olmayıb. Tarixdə yalnız böyük dövlətlərin arasında məşhur casusların mübadiləsi olub, o da hər casusa nəsib olan şey deyil.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayında P.Aslanova 16 il cəza kəsilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlәtә xәyanәt) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2148
avatar

Oxşar yazılar