Patriarxdan ÇAĞIRIŞ:  Putinin sağlamlığı üçün  dua edin
06 oktyabr 2022 23:02 (UTC +04:00)

Patriarxdan ÇAĞIRIŞ: Putinin sağlamlığı üçün dua edin

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Rusiya prezidenti Vladimir Putinin yubileyi ərəfəsində ruhaniləri və dindarları onun sağlamlığı üçün dua etməyə çağırıb.

Lent.az bildirir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Müvafiq çağırış Patriarxlıq İşləri İdarəsi tərəfindən Rusiyadakı yeparxiya yepiskoplarına göndərilib.

Xatırladaq ki, noyabrın 7-də Rusiyanın dövlət başçısı Vladimir Putinin 70 yaşı tamam olur.

# 2859
avatar

Oxşar yazılar