Paşinyandan "mühacir Qarabağ hökuməti"nə SƏRT XƏBƏRDARLIQ
28 mart 2024 11:28 (UTC +04:00)

Paşinyandan "mühacir Qarabağ hökuməti"nə SƏRT XƏBƏRDARLIQ

Qarabağı tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlər edirlər.

Lent.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, Qarabağı tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyinə təhlükə yaradan hərəkətlər edir, mühacirətdə hökumət elan edir və s. addımlar atırlar.

Baş nazir qeyd edib ki, Ermənistan mühacirətdə olan belə bir "hökuməti" tanımır.

“Mən çox aydın şəkildə bildirmək istəyirəm ki, Ermənistanda hökumət var və bu hökumət bu salonda oturur", - Nikol Paşinyan hökumətin bugünkü iclasında qeyd edib.

# 3375
avatar

Cavidan HUN

Oxşar yazılar