Nikol Paşinyan
25 aprel 2021 11:17 (UTC +04:00)

Nikol Paşinyan

Paşinyan baş nazir postundan getdi

Ermənistan Baş Naziri Nikol Paşinyan bazar günü televiziya müraciətində ölkədə erkən parlament seçkiləri keçirmək üçün istefa etdiyini söyləyib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən məlumatına görə o, çıxışında belə deyib:

"Bu gün növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçirilməsi üçün istefa edirəm".

Qeyd edək ki, Paşinyan erkən parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini əvvəlcədən elan etmişdi.

Parlamentin buraxılması mexanizminə başlamaq üçün o, aprel ayında formal olaraq istefa etməlidir. Lakin Paşinyan seçkilərə qədər hökumətə rəhbərlik edəcəyini də açıqlayıb. Ermənistan qanunvericiliyinə görə, Milli Məclisə erkən seçkilər parlamentin buraxılmasından 30 gündən və 45 gündən gec olmayaraq keçirilir.

Çıxarma mexanizmi istefadan sonra rəsmi olaraq işə salına bilər. İki həftə ərzində deputatlar iki dəfə baş naziri seçməsələr, parlament buraxılacaq.

# 17631
avatar

Oxşar yazılar