Parlamentdə müzakirə zamanı siyasətçiyə  pivə   gətirildi
13 dekabr 2023 18:18 (UTC +04:00)

Parlamentdə müzakirə zamanı siyasətçiyə pivə gətirildi

Alman siyasətçi Hans-Ulrix Ryulkeyə parlamentdə müzakirə zamanı pivə gətirilib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, məlum olub ki, naməlum şəxs zala daxil olaraq onun stolunun üzərinə bir stəkan spirtli içki qoyub. Bu zaman parlamentin spikeri xəbərdarlıq edib. O, bildirib ki, zala yemək və içkilərin gətirilməsi qadağandır.

Məmur sonra izah edib ki, o, tikinti naziri ilə mərcə girib. Onun sözlərinə görə, mərc qaydalarına əsasən, çıxışında “otel otağı 510” qeyd etməli idi. Ryulkey istehza ilə deyib: "Mübahisə ilə bağlı borclar şərəf borclarıdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4242
avatar

Oxşar yazılar