Ordumuzun Kəlbəcərdəki mövqelərinə  atəş açıldı
10 may 2022 09:20 (UTC +04:00)

Ordumuzun Kəlbəcərdəki mövqelərinə atəş açıldı

Mayın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

# 2283
avatar

Oxşar yazılar