Ordumuz erməni mövqelərini atəşə tutmayıb - MN
18 noyabr 2023 16:31 (UTC +04:00)

Ordumuz erməni mövqelərini atəşə tutmayıb - MN

Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50-də Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib olunur.

Bildirilib ki, Ermənistan müdafiə nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4341
avatar

Oxşar yazılar