"Sosial şəbəkələrdə Müdafiə Nazirliyində həyata keçirilən həbsləri Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirovun adı ilə bağlamağa çalışırlar".
Lent.az-ın məlumatına görə, bunu hərbi ekspert Ədalət Verdiyev APA TV-nin SOSİUM verilişində bildirib.
O qeyd edib ki, bu həbslərin Ramiz Tahirovla bağlı olması ilə əlaqədar yayılan xəbərlər yalandır:
"Mən öz mənbələrimlə bunu dəqiqləşdirdim, məlum oldu ki, belə bir şey yoxdur. Ona görə də sosial şəbəkə istifadəçilərini hərbi xəbərləri paylaşarkən diqqətli və məsuliyyətli olmağa çağırıram".