Onların dairəsində 6 məntəqənin  nəticələri ləğv edildi
13 sentyabr 2024 17:47 (UTC +04:00)

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Vəfa Nağıyevanın müraciətinə baxılıb.

Lent.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Ramiz İbrahimov bildirib ki, namizəd seçki dairəsi üzrə 23 seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılmasını xahiş edib: “Müraciət araşdırılıb. Vəfa Nağıyeva şikayətində səsvermə günü müşahidəçilərə maneələr yaradıldığını, seçki qutularına topa bülleten atıldığını, səslərin səsvermə otağından kənarda sayıldığını və sair bu kimi qanun pozuntuları olduğunu iddia edib. O, müraciətinə özündə 86 videogörüntünü və 49 protokolun şəklini əks etdirən elektron informasiya daşıyıcısı əlavə edib. Namizəd Vəfa Nağıyevanın iddiaları araşdırılıb. 86 videogörüntüyə baxış keçirilib. 2 videogörüntüdə pozuntu var. Videogörüntülərin hamısının pozuntunu əks etdirməməsini deyəndə o, səs-küy salıb. Eyni zamanda sonradan 2 videogörüntü də göndərib ki, onlar da təkrar videolar olub. Araşdırma zamanı seçki dairəsi üzrə 24, 27, 34, 35, 48 və 49-cu seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsas yaranıb”.

Məsələ səsverməyə çıxarılıb, qeyd edilən 6 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb. 6 seçki məntəqəsi xaric, DSK-nın qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində 70 saylı Neftçala Seçki Dairəsi üzrə lider namizəd 46.2 faiz səslə Tənzilə Rüstəmxanlıdır./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6474
avatar

Oxşar yazılar