Nazirlik:  Biz yalnız erməniləri susdurmaq məqsədi ilə cavab atəşi açırıq
06 avqust 2021 17:46 (UTC +04:00)

Nazirlik: Biz yalnız erməniləri susdurmaq məqsədi ilə cavab atəşi açırıq

0

Etimadını itirmiş Ermənistan müdafiə nazirliyi öz çirkin əməllərindən əl çəkmir və yalan məlumatlar yaymaq məqsədilə müxtəlif üsullara əl atır.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Ermənistan mətbuatı təxribatları ört-basdır etmək üçün yerli əhalinin adından istifadə edərək, guya dövlət sərhədi yaxınlığında törənən partlayış nəticəsində yanğının baş verməsi və bundan sonra Arazdəyən istiqamətində atəş açılması barədə məlumatlar yayır:

"Bildiririk ki, bu tip məlumatların heç bir əsası yoxdur və dezinformasiyadır. Azərbaycan Ordusunun bölmələri tərəfindən yalnız qarşı tərəfin təxribatlarının qarşısını almaq və onları susdurmaq məqsədi ilə atəş açılır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5453

Oxşar yazılar