Tanınmamış respublikanın Müxalifət Qüvvələr Birliyinin lideri Oleq Xorjan Dnestryanıda ölü tapılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, siyasətçinin ölümü zorakılıqla olub - o, öz evində güllələnib.
"İyulun 17-də saat 11:30 radələrində polisə Xorjan Oleq Oleqoviçin zorakılıq nəticəsində ölüm əlamətləri olan meyitinin yaşayış yerində - Sukleya kəndindəki fərdi evdə tapılması barədə məlumat daxil olub", - məlumatda bildirilib.
Siyasətçinin meyitini açıq seyfin yanında həyat yoldaşı tapıb. Seyf boş olub.