“Zəngəzur koridoru Türkiyə üçün də önəmlidir, ancaq belə koridorlar qısa müddətdə açılmır”.
APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.
Türkiyə Böyük Millət Məclisinin sədri deyib ki, Türkiyə də anlaşmalara əməl edilməsi, Zəngəzur koridorunun qısa müddətdə açılmasını zəruri sayır.