Xudafərin körpüsünü (Həsrət körpüsü) ziyarət edən soydaşlarımız həbs edilib.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Güney Azərbaycan Milli Azadlıq Hərəkatının 6 fəalı molla rejimi tərəfindən həbs olunub.
Onlar Mustafa Avadpur, Rəhim Sasani, Məhəmməd Mərdi, Cəfər Nuri, Sədullah Sasani, Məhəmməd Əlipurdur.
Milli fəallar Xudafərin şəhərindən Həsrət Körpüsünə səfər edərkən saxlanılıblar.