Mətbuat Şurasının İdarə Heyətinə namizədlər -  SİYAHI
21 sentyabr 2022 17:05 (UTC +04:00)

Mətbuat Şurasının İdarə Heyətinə namizədlər - SİYAHI

Bu gün Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin növbəti iclası keçirilib. Toplantıda üç məsələ müzakirəyə çıxarılıb.

Mətbuat Şurasından Lent.az-a verilən xəbərə görə, birinci məsələ ilə əlaqədar məlumat verilib ki, müxtəlif media təmsilçiləri qurultayı işıqlandırmaq istəyən jurnalistlərin ali məclisdə iştirakı ilə bağlı suallar ünvanlayırlar. Onların sərbəst fəaliyyətlərinin təmin edilməsi şərtdir. Bu zaman qurultayın keçirilmə yerinin imkanları nəzərə alınmalıdır. Təşkilat Komitəsi ali məclisi işıqlandıracaq jurnalistlərin ayrıca qeydiyyatının aparılmasını məqbul sayıb. Belə ki, KİV-lər bununla bağlı [email protected] e-mailinə 23 sentyabr 2022-ci il saat 15.00-dək yazılı məlumat göndərməlidirlər. Məlumatda qurultayda jurnalist kimi iştirak edəcək əməkdaşların adları qeyd edilməlidir. Məlumat KİV-in rəsmi blankında olmalı, möhür və imza ilə təsdiqlənməlidir. Telekanallar 3, gündəlik qəzetlər və informasiya agentlikləri 2, digər informasiya resursları isə qurultayı işıqlandıracaq 1 nümayəndə göndərə bilərlər.

İclasda müzakirəyə çıxarılmış ikinci məsələ MŞ İdarə Heyətinə namizədlərin siyahısı olub. Təşkilat Komitəsi yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adını daxil edib. Qeyd edək ki, qurultayda MŞ İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcəkdir. Namizədlərin siyahısı onların topladıqları səs sayına görə aşağıdakı kimidir:

Jurnalist namizədlər

Ad, soyad

Vəzifəsi

Topladığı səs

  1.  

Rəşad Məcid

“525-ci qəzet”in baş redaktoru

103

  1.  

Vüqar Rəhimzadə

“İki sahil” qəzetinin baş redaktoru

72

  1.  

Vüsalə Mahirqızı

APA Holdinqin rəhbəri

66

  1.  

Elçin Mirzəbəyli

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru

65

  1.  

Aydın Quliyev

“Bakı xəbər” qəzetinin baş redaktoru

64

  1.  

Hacıbəy Heydərli

“Azxeber.com” saytının baş redaktoru

63

  1.  

Azər Həsrət

“Bayraqdar.info” saytının baş redaktoru

62

  1.  

Akif Aşırlı

“Şərq” qəzetinin baş redaktoru

57

  1.  

Rauf Arifoğlu

“Yeni Müsavat” Media Qeupunun rəhbəri

54

  1.  

Alqış Musayev

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru

51

  1.  

Fuad Hüseynəliyev

“Report” İnformasiya Agentliyinin baş direktoru

49

  1.  

Aynur Camalqızı

Teleqraf Holdinqin rəhbəri

43

  1.  

Qalib İbrahimoğlu

“Bakıvaxtı.az” saytının baş redaktoru

42

  1.  

Vasif Həsənli

“Demokrat.az” saytının baş redaktoru

39

  1.  

Emin Musəvi

“ASAN radio”nun direktoru

37

  1.  

Səadət Məmmədova

Televiziya jurnalisti

36

  1.  

Fərid Şahbazlı

“Editor.az” saytının baş redaktoru

36

  1.  

Səbuhi Abbasov

“7news.az” saytının baş redaktoru

35

  1.  

Niyaz Niftiyev

“Xezernews.az” saytının baş redaktoru

35

  1.  

Rafail Becanov

“Cümhuriyyət” qəzetinin baş redaktoru

30

  1.  

Elşad Eyvazlı

“Modern” Media Qrupun rəhbəri

25

  1.  

Afiq Mirzəbəyli

“Reytinq” qəzetinin baş redaktoru

23

  1.  

Aqil Ələsgər

“Yeni Çağ” Media Qrupunun rəhbəri

23

  1.  

Aqil Camal

“Türküstan” qəzetinin baş redaktoru

22

  1.  

Bəhruz Quliyev

“Səs” qəzetinin baş redaktoru

17

  1.  

Yunus Oğuz

“Olaylar” qəzetinin baş redaktoru

17

  1.  

Məğrur Əliyev

“Təbib” qəzetinin baş redaktoru

17

  1.  

Zahir Əzəmət

“Qaynar.info” saytının baş redaktoru

14

İctimaiyyətdən olan namizədlər

  1.  

Əflatun Amaşov

Mətbuat Şurasının sədri

112

  1.  

Müşfiq Ələsgərli

Jurnalistlərin Həmkarlar İttifaqının sədri

82

  1.  

Yadigar Məmmədli

Demokratik Jurnalistlər Liqasının sədri

66

  1.  

Ceyhun Musaoğlu

Jurnalist Ekspert Mərkəzinin sədri

62

  1.  

Umud Rəhimoğlu

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri

58

  1.  

Qulu Məhərrəmli

BDU Jurnalistika fakültəsinin professoru

57

  1.  

Vüqar Zifəroğlu

BDU jurnalistika fakültəsinin dekanı

48

  1.  

Fərid Pərdəşünas

“Technote Media” şirkətinin icraçı direktoru

45

  1.  

Natiq Məmmədli

Medianın İnkişafı Agentliyinin şöbə müdiri

36

  1.  

Mətin Məmmədli

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru

34

  1.  

Müsəllim Həsənov

Bakı Media Mərkəzinin əməkdaşı

33

  1.  

Şəmsəddin Əliyev

“Polisə dəstək” İctimai Birliyinin sədri

28

  1.  

Yeganə Hacıyeva

Politoloq, Gənc Demokratlar İnstitutunun sədri

27

  1.  

Bəhruz Məmmədzadə

“Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədr müavini

25

  1.  

Vüsalə Hüseynli

İslahatçı Qadınlar və İnnovasiylar İctimai Birliyinin sədri

23

  1.  

Azər Sarıyev

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin əməkdaşı

18

  1.  

Nadir İsmayılov

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri

14

  1.  

Xanoğlan Əhmədov

“Media və Mülki Cəmiyyət” İctimai Birliyinin sədri

13

 

İclasda qurultay nümayəndələrinin siyahısı da nəzərdən keçirilib. TK-nın qərarına əsasən siyahı 23 sentyabr 2022-ci il tarixində Mətbuat Şurasının presscouncil.az saytında yerləşdiriləcəkdir.

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VIII qurultayı 24 sentyabr 2022-ci il tarixdə Beynəlxalq Muğam Mərkəzində (Ünvan Neftçilər prospekti 30, Dənizkənarı Milli Park) keçiriləcək. Qeydiyyat saat 09.00-dan 10.00-dək aparılacaqdır. Saat 10.00-da qurultay işinə başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3885
avatar

Oxşar yazılar