Mehriban Əliyevadan Respublika Günü ilə bağlı  PAYLAŞIM
28 may 2021 10:28 (UTC +04:00)

Mehriban Əliyevadan Respublika Günü ilə bağlı PAYLAŞIM

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Respublika Günü ilə bağlı paylaşım edib.

Lent.az-ın məlumatına görə, paylaşımda deyilir:

“Əziz həmvətənlər!

Sizi 28 May – Respublika Günü münasibətilə təbrik edirəm, hər birinizə ən xoş arzularımı çatdırıram!

Qoy Azərbaycanın müstəqilliyi və xalqımızın azadlığı əbədi olsun! Qoy ölkəmizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!

Vətən uğrunda həlak olmuş şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm.

Sizin hər birinizə möhkəm cansağlığı, səadət, xoş günlər və sevgi, doğma Azərbaycanımıza sülh, firavanlıq və tərəqqi arzulayıram!”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1779
avatar

Oxşar yazılar