Kompensasiya ödəniləcək,  günahkarlar cəzalandırılacaq   - PUTİN SÖZ VERDİ
09 oktyabr 2025 15:58 (UTC +04:00)

Kompensasiya ödəniləcək, günahkarlar cəzalandırılacaq - PUTİN SÖZ VERDİ

0

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə görüşə AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti müzakirə etməklə başlamağı təklif edib.

Lent.az xəbər verir ki, bu gün Düşənbədə keçirilən görüş zamanı Putin bir daha qəza ilə bağlı başsağlığını çatdırıb, qəzadan sonra telefon danışığı zamanı üzr istədiyini xatırladıb.

Rusiya Prezidenti bildirib ki, baş vermiş hadisə üzrə araşdırma davam edir və yaxın vaxtda başa çatacaq.

Hadisə haqda danışan Putin qeyd edib ki, həmin gün Rusiyanın hava məkanına müdaxilələr olub və Rusiya HHQ tərəfindən atəş açılıb. Atəş təyyarəyə açılmasa da, qəlpələr təyyarəyə dəyib

“Bununla əlaqədar kompensasiyalar ödəniləcək və günahkarlar cəzalandırılacaq”, - deyə Putin vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 900

Oxşar yazılar