Köçəryan, Sarkisyan və Ter-Petrosyanın olmadığı  yeni qüvvə   yaradıldı
21 iyul 2023 15:25 (UTC +04:00)

Köçəryan, Sarkisyan və Ter-Petrosyanın olmadığı yeni qüvvə yaradıldı

Ermənistanın qarşısında duran bütün çağırışları nəzərə alaraq, biz bu prosesin dayandırılmasına zəmin yaradacaq bir qüvvənin formalaşmasını zəruri hesab etdik. 

Lent.az Ermənistan mediasına istinadla bildirir ki, bunu iyulun 21-də keçirdiyi mətbuat konfransında könüllülər, milislər və ehtiyatda olanlar Birliyinin təşəbbüs qrupunun üzvü Vardan Xaçatryan bildirib.

Öz növbəsində, birliyin təşəbbüs qrupunun üzvü, İrəvanın keçmiş meri Albert Bazeyan bildirib ki, onların qurultayı iyulun 25-də keçiriləcək.

“Bizim ilk işimiz əsgərlərimizlə birlikdə Vətənimizin sərhədlərini qorumaq, işğal olunmuş torpaqlarımızı azad etmək olacaq. İkinci vəzifə sağlam milli siyasi qüvvələrin birləşərək vahid ümumerməni ittifaqı yaradılmasına kömək etməkdir. Biz rayonlara səfər edəcəyik, orada filiallar açacağıq və xalqı mövcud hakimiyyətə itaətsizlik göstərməyə çağıracağıq. Biz indiki hakimiyyət orqanlarını getməyə məcbur edəcəyik. Bundan sonra qısa müddət ərzində növbədənkənar seçkilərə hazırlaşan müvəqqəti hökumət qurulacaq”, - Vazeyan vurğulayıb.

O qeyd edib ki, yeni parlament Robert Köçəryan, Serj Sarkisyan və Levon Ter-Petrosyanın namizədliyini istisna etməklə baş nazir seçəcək.

Xatırladaq ki, Bazeyan “Respublika” partiyasının üzvü olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2949
avatar

Oxşar yazılar