Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna telefonla zəng edib.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, nazir Kəmaləddin Heydərov Türkiyədə baş verən yanğınlarla bağlı Mövlud Çavuşoğluna “keçmiş olsun” mesajını ünvanlayıb, fəlakətdə həlak olanlarla əlaqədar başsağlığı verib.